- Baxış sayı: 39
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 170
- Dekabr 18, 2024
- 0
Boks üzrə gənclərdən ibarət milli təlim-məşq toplanışına başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün yeni baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə Bakı boks mərkəzində hazırlığa start verib.
Yığmaya Azərbaycan birinciliyində fərqlənən 50-yədək boksçu çağırıb. Məşqçilər heyəti müəyyən müddətdən sonra onlar arasından seçim edərək yeni komanda formalaşdıracaq.
Hazırlıq hələlik gündə bir dəfə keçirilir. Növbəti həftələrdən məşqlərin sayı artırılacaq. Baş məşqçinin sözünə görə, sınaq döyüşlərindən sonra hər bir çəki dərəcəsində minimum 2 ən güclü boksçu ilə hazırlıq keçməyi planlaşdırır.
Toplanış aprel 10-22-də Bolqarıstan paytaxtı Sofiyada qitə birinciliyinə hazırlıqdır.