- Baxış sayı: 42
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 174
- Dekabr 18, 2024
- 0
Gənc boksçuların Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 50 komandanın 176 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks mərkəzində final döyüşlərini ABF-in prezidenti Sahil Babayev də izləyib. O, 86 kq-da ilk 3 yerin sahibini və birinciliyin ən yaxşı boksçusu Fətəli İsmayılovu mükafatlandırıb.
Həlledici döyüşlərdə qalib gələn Kənan Babayev, Amin Məmmədzadə, Kamil Babayev, Arif Bayramov, Aslan Quliyev, Zaur Qəhrəmanov, Səid Abdullayev, Daniel Xolostenko, Ənvər Babayev, Sərxan Budaqov, Fətəli İsmayılov, Məmməd Quliyev və Səbuhi Əlizadə çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi (75 xal) birinci yeri tutub. İkinci pilləyə “Neftçi” İdman Klubu (24) yiyələndiyi halda, “üçlüy”ü Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (12) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Fətəli İsmayılov layiq görülüb. Anar Nağdıyevlə Rövşən Qədirov ən yaxşı hakim, Elbrus Rzayevlə Faiq Məmmədov isə ən yaxşı məşqçi adına sahib olub.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.