- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən gənclər arasında boks üzrə açıq paytaxt birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 140 nəfər mübarizə aparıb.
Gərgin döyüşlərdə Ruslan Qədirov (49 kq), Maksud Xasmetov (52 kq), Əzrək Bəbirov (56 kq), Elşən Cəbizadə (60 kq), Elmir Novruzov (64 kq), Səlim Səlimov (69 kq), Məhəmməd Yusifov (75 kq), Konstantin Kadırov (81 kq), Adil Vəliyev (91 kq) və Fuad Cəfərov (+91 kq) qalib adını qazanıblar.
Mükafatçılara BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.