- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 35
- Noyabr 25, 2024
- 0
İyulun 17-də “İctimai iştirakçılıq haqqında” Azərbaycan respublikası qanununun və nazirlər kabinetinın qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, gənclər və idman nazirliyi yanında İctimai şuraya təkrar seçkilər baş tutub.
Allsport.az saytı xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının akt zalında təşkil edilən seçkidə qeydə alınmış 43 vətəndaş cəmiyyəti institutunun namizədləri arasında keçirilmiş seçkidə 123 təşkilat səs vermədə iştirak edib.
Səslərin sayılması zamanı 3 seçki vərəqəsi etibarsız hesab edilib. Gərgin mübarizə nəticəsində son 3 şəxs eyni səs topladığı üçün onlar arasında püşkatma olub.
Seçkinin nəticələri məlum olduqdan sonra, nazir müavini İntiqam Babayev çıxış edərək seçilənləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. O ictimai şura üzvlərindən yeni təşəbbüs və ideyaların gözlədiyini bildirib. Yeni tərkibdə formalaşmış şuranın gənclərlə iş və idman sahəsində faydalı olacağına ümidvar olduğnu qeyd edib.