Georgi Çixradze: “Hücum edən tərəf biz idik”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun hərəkətli keçdi. Əgər qol vəziyyətin varsa, bundan yararlanmaq lazımdır. Oyunda bunu bacarmadıq. Düzdür, ilk qolu biz vurduq. Qoldan sonra da hücum edən tərəf biz idik. Bərabərlikdən sonra hesabda yenidən dəyişiklik etmək istədik. Amma bütün bu imkanlardan yararlana bilmədik”.

Həmin kateqoriyadan