Georgi Çixradze: “Qalib gəlmək istəyirdik”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox maraqlı oyun alındı. Oyunda 5 qolun və çoxlu sayda qol epizodlarının şahidi olduq. Biz qalib gəlmək istəyirdik. Hesabı birinci biz açdıq, amma üstünlüyümüzü qoruya bilmədik. Yüksək səviyyəli komandaya qarşı oynayırdıq. Müdafiədə səhvlərimiz də öz sözünü dedi”.

Həmin kateqoriyadan