- Baxış sayı: 21
- 21 Noyabr 2024 16:53
- Baxış sayı: 99
- Noyabr 19, 2024
- 0
Qubada təşkil olunan “İdman festivalı”nın 3-cü günü də maraqlı proqramla davam edib.
Allsport.az xəbər verir ki, əvvəlcə idmançılar “Gimnastika hamı üçün” məşğələsində musiqi sədaları altında isinmə hərəkətlərini yerinə yetiriblər.
Festival gün ərzində maraqlı, öyrədici və yaradıcı təlimlərlə davam edib. 13-15 yaşlı idmançılar müxtəlif təlimlərə qoşulub, yarışlarda iştirak edib, əyləncəli vaxt keçiriblər.
Festivala Azərbaycanla yanaşı, Türkiyə və Mərakeşdən də idmançılar qatılıblar.
Günün sonunda isə idmançılara Quba olimpiya idman kompleksində kino gecəsi təşkil olunub.