- Baxış sayı: 30
- 11 Aprel 2025 20:32
- Baxış sayı: 106
- Aprel 11, 2025
- 0
Aprelin 4-dən 14-dək Serbiyada İSF U15 gimnaziada idman oyunları keçiriləcək.
Allsport.az xəbər verir ki, multi-idman yarışında Azərbaycan boksçuları da mübarizə aparacaq.
Kadetlərin böyük məşqçisi Vüqar Məmmədov və məşqçi Samir Məmmədov Zlatiborda keçiriləcək Oyunlarda Babək Abdullayev (40 kq), Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Məmməd Həsənli (46 kq), Amin Həsənov (48 kq), İsmayıl Aslanlı (50 kq), Yusif Əli (52 kq), Nəriman Əli (54 kq), Sabir Rüstəmov (57 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyevə (80 kq) fürsət verəcək.
Yarışda qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Nəzrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (40 kq), Aişə Muradova (44 kq), Ayşən Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq) və Xumar Cəfərli (70 kq) rinqə çıxacaqlar.
Oyunlarda boksçuların mübarizəsində aprelin 7-də start veriləcək və 6 gün sonra yekun vurulacaq. Komanda Serbiyaya aprelin 4-də yollanacaq.