GİN-in bir qrup əməkdaşı Səudiyyə Ərəbistanında olub

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən gənclər və idman nazirliyinin bir qrup əməkdaşı, gənclər, ümumilikdə, 8 nəfərdən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanıı Krallığında səfərdə olub.

Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Mədinə, paytaxt Ər Riyadda bir qrup gənclərlə görüşlər keçirib, Mədinə islam universiteti, Kral Abduləziz adına dövlət universiteti,  Kraliça Al Anoud adına xeyriyyə fondu və eyni zamanda, Azərbaycan respublikasının Səudiyyə Ərəbistanı krallığındakı səfirliyində olublar.

Baş idman idarəsinin gənclər proqramları üzrə baş direktoru Məhəmməd Favzan Əl Suşilem və qeyd olunan idarənin mübadilə proqramları sektorunun proqram direktoru Xalid Abduləziz Əl Məhbub bir daha Azərbaycan nümayəndə heyətini Səudiyyə Ərəbistanında görməkdən məmnun olduqlarını bildirmiş, növbəti illərdə nazirliklər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni proqramların işlənib hazırlanması və cari proqramda iştirakçı sayının 15 nəfərədək artırılmasında maraqlı olduqlarını vurğuladılar.

Həmin kateqoriyadan