- Baxış sayı: 37
- 19 Yanvar 2025 18:40
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
“Baku Cristal Hall”da “Böyük İpək yolu” beynəlxalq turniri yekunlaşmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, Avropa Oyunlarına test xarakteri daşıyan yarışda artıq 5 çəkidə final görüşləri keçirilib. Azərbaycan milli komandasının 4 üzvü finalda qalib gələrək, 1-ci yeri özünə təmin edib.
56 kq çəki dərəcəsində turnirin kəşflərindən olan Tayfur Əliyev finalda da qələbə qazanıb. Gənc boksçumuz həlledici görüşdə fransalı Samuel Kistohurrini üstələyib – 2:1.
Lorenzo Sotomayor da (64 kq) komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz həlledici görüşdə Fransa təmsilçisi Hassan Amzileye heç bir şans verməyib – 3:0.
Xaybula Musalov da (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuzun zərbələri qarşısında Yerik Aljanov (Qazaxıstan) davam gətirə bilməyib.
Milli komandamızın liderlərindən Teymur Məmmədov da yarışı 1-ci yerdə başa vurub. Yığmamızın üzvü finalda Türkiyə boksçusu Seyda Keseri bütün komponentlərdə qabaqlayıb.
Axşam proqramında millimizin daha 4 üzvü rinqə çıxacaq.