- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Ağırlıqqaldırma üzrə yığma komandanın üzvləri İsa Rüstəmov və Dadaş Dadaşbəyli Gürcüstanda keçirilmiş “Kakhi Cup 2025” beynəlxalq turnirində iştirak ediblər.
Allsport.az xəbər verir ki, təmsilçimiz İsa Rüstəmov toplamda 321 kq (145+176) nəticə ilə yarışın bürünc medalını qazanıb. Digər atletimiz Dadaş Dadaşbəyli isə toplamda 392 kq (184+208) nəticə ilə 6-cı olub. Turnirin nəticələri sinkler cədvəli ilə hesablanır və burada ilk 6 yeri tutan idmançılar medallarla təltif olunur.