- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Rusiyalı Tahir İdiqov 67 kq çəki dərəcəsində boks üzrə Avropa çempionu olub.
Allsport.az xəbər verir ki, yarış Belqradda (Serbiya) keçirilir. Final döyüşündə o, 2-ci raunddan sonra mübarizəni davam etdirə bilməyən gürcü boksçu Laşa Quruli ilə qarşılaşıb.
İdiqovun qələbəsi şərəfinə Rusiya himni səsləndirilərkən, Quruli gümüş medalını götürüb, sonra isə digər qaliblərlə şəkil çəkdirməkdən imtina edib. Qeyd olunur ki, bu cür davranışa görə Quruliyə qarşı sanksiyalar tətbiq oluna bilər.