- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
17-20 dekabrda Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Rusiya, Fransa, Almaniya, Bolqarıstan, Ermənistan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın 100-dən çox rinq ustasının iştirakı gözlənilir.
Turnir kişilərdə 10, qadınlarda isə 4 çəki dərəcəsi üzrə keçiriləcək. Xantı-Mansiyskdə Azərbaycan milli komandasının heyətində “Baku Fires” klubunun 2 üzvü də mübarizə aparacaq. 60 kq-da 2013-cü ilin yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nəsrəddin Məmmədov çıxış edəcək.
69 kq-da “Böyük ipək yolu” turnirinin bürünc mükafatçısı Yevgeni Romaşkeviç gücünü sınayacaq. Yarışın ümumi mükafat fondu 2 milyon 140 min rubldur. Turnirə fəxri qonaq qismində peşəkar boks üzrə eks dünya çempionu Ruslan Provodnikov dəvət olunub. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.