- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib. Allsport.az saytı xəbər verir ki, bu siyahıda Həndbol federasiyasının əməkdaşı – respublika dərəcəli hakim və idman ustası Fəridə Əliyeva da olub. Xanım mütəxəssis Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb.
Qeyd edək ki, o bununla yanaşı, Moskva dövlət Universitetinin Baki filialinda bədən tərbiyəsi üzrə baş müəllim işləyir. Avropa və İslam oyunlarında atletikada hakim olub. Həndbolçuların ölkə çempionatnın və kubokununa baş katibdir.
Bu gün ümumən 16 mütəxəssis Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 8-i respublika dərəcəli hakim, 9 nəfər Əməkdar idman ustası, 31 idman adamı Əməkdar məşqçi adı ilə təltif olunub.