“Hər şey mənə iyrənc gəlir, gedirəm”

Boks üzrə dünya çempionu Gervonta Devis (30-0, 28 KO) gələcəyi ilə bağlı açıqlama verib.

Allsport.az xəbər verir ki, üç çəki dərəcəsində məğlubedilməz olan amerikalı boksçu peşəkar karyerasını başa vurmağa hazırlaşdığını bildirib:

“Gələn il boks karyeramı bitirəcəm. Artıq bezmişəm, hər şey mənə iyrənc gəlir, gedirəm. Kəmərlər mənim vecimə deyil. Pulumu götürüb getməyi düşünürəm. Bu artıq boks deyil. Mənim uşaqlarım var. Yeni doğulmuş oğlum var. Bundan sonra başıma zərbə vurulmasını istəmirəm”.

Devis son döyüşünü martın 1-də Nyu-Yorkda həmyerlisi kiçik Lamont Rouça (25-1-1, 10 KO) qarşı keçirəcək.

Həmin kateqoriyadan