- Baxış sayı: 54
- 22 Mart 2026 15:09
- Baxış sayı: 58
- Mart 25, 2026
- 0

2-qat olimpiya, 3-qat dünya və 4-qat Avropa çempionumuz yeniyetmə sərbəst güləşçilərrdən ibarət milliyə təyinat alacaq. Əldə etdiyimiz bilgiyə görə, o özü bu yaş dərəcəsi üzrə komandanı istəyir. Həmin seçmədə onun doğma qardaşı Yaşar Əliyev çalışır. Böyük məşqçi, hər il yüksək nəticə verən Əsgərxan Novruzovdur.
Hacı Əliyev hazırda AGF-də sərbəst güləşdə əlaqələndiricidir. Pərvin Piriyev federasiyada baş katib keçəndən sonra, adı çəkilən vəzifə tədricən ləğv olunur. Allsport.az saytı bunu doğru addım sayır. Çünki koordinatorlar çox nüfuzlu simalar idi və yığmalara təsir gücləri vardı. Bu isə, komanda daxilində haçalanma meyillərini artırırdı və yeni münaqişə ocaqları yaranırdı.
Həmin səbəbdən, qadınlarda Mariya Stadnik U-17 və U-15 yaş qrupları üzrə millilərdə böyük məşqçi təyin edilib. Yunan-Romada U-17 seçməsində eyni vəzifə Rafiq Hüseynova həvalə olunub.