- Baxış sayı: 38
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Azərbaycanın boks hakimlərinin növbəti seminarı keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan boks federasiyasının (ABF) təşkilatçılığı ilə təşkil olunan təlimlər Qəbələdə baş tutub.
Heydər Əliyev mərkəzində keçirilən seminarda ABF-in baş katibi Nağı Səfərov, Şəki−Zaqatala regional gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nağı Səfərov bildirib ki, ABF-in əsas istiqamətlərindən biri hakimlərin yetişməsi, ulduzlarının sayının artırılması və ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməsidir. Onun sözlərinə görə, bununla bağlı hər il müxtəlif təlimlər keçirilir, gənclərin hakimliyə cəlb edilməsi üçün lazımı addımlar atılır.
Ardınca ABF-in hakimlər komitəsinin sədri Emil Qurbanəliyev seminarın gündəliyi barədə məlumat verib.
Professor, beynəlxalq dərəcəli hakim Qalib Əbiyev isə tətbiq olunacaq yeni qaydaları izah edib, lazımı tövsiyələrini verib.
Yekunda hakimlərin sualları cavablandırılıb.