- Baxış sayı: 253
- 12 Oktyabr 2025 15:00
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Bu gün “Dörd Fəsil” mehmanxanasında ölkəmizdə keçiriləcək “Dəmir adam (İronman) triatlon yarışı ilə bağlı mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan triatlon federasiyasının prezidenti Fərid Fərhadzadə, İronman qrupunun EMEA üzrə vitse-prezidenti və baş direktoru Tomas Veje Olsen, İronman qrupunun EMEA üzrə biznes inkişafı üzrə nümayəndəsi Alberto Qarriqa, İronman qrupunun EMEA regional direktoru Henrik Brovell, İronman lisenziyasının MDB regionu üzrə özəl sahibi Nurlan Abdulov və digər qonaqlar iştirak ediblər.
ATF-in prezidenti çıxışında İronman triatlonunun MDB ölkələri arasında yalnız Azərbaycanda olacağını söyləyib. Sitat: “Sizin uşaqlarınızı buraya gətirmək imkanı olacaq. Uşaqlar 500 metrə qaça biləcək. Bu yarış MDB ölkələrinin şəhərləri arasında yeganə olaraq Bakıda keçiriləcək”.
“İronman-70.3 Bakı” triatlon yarışı gələn ilin sentyabrın 5–6-da baş tutacaq. “Fun Run 5 km” və “İronkids” yarışlarını əhatə edəcək. 1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində olacaq. 90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarətdir. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.
2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, İronman expo zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi məhsulları və digər idman ləvazimatlarına yiyələnəcəklər.