- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Naxçıvanda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinin yarımfinal mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanıb.
13 çəki dərəcəsində keçiriləcək finallarda Gürcüstan 5, Özbəkistanla Qazaxıstan hərəyə 4, Macarıstan, Ukrayna, Qırğızıstan, həmçinin yarışa son anda qatılan Rusiya hərəyə 1 idmançı ilə təmsil olunacaq.
Yarımfinal mərhələsində məğlub olan boksçular isə bürünc medalla kifayətləniblər. Turnirdə 2 komanda ilə çıxış edən yığmamızın aktivinə artıq 10 belə mükafat yazılıb. Ukrayna və Qazaxıstanın hərəyə 5 idmançısı finala vəsiqə qazana bilməyib. Onlarla yanaşı, Naxçıvandan Qırğızıstanın 3, Özbəkistanın 2 və Gürcüstanın 1 bürünc medalla ayrılacağı da dəqiqləşib.
Qeyd edək ki, turnirdə İran millisinin heç bir boksçusu mükafatçılar sırasına düşə bilməyib.