“Hilal” İctimai Birliyinin sədri İstanbulda soydaşlarımızı İlham Əliyevə dəstək olmağa səsləyib

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkisi ilə əlaqədar Avropa ölkələrində və MDB məkanında yaşayan soydaşlarımız İlham Əliyevə dəstək nümayiş etdirirlər. Xaricdə yaşayan həmyerlilərimiz,  müxtəlif diaspor təşkilatları Yeni Azərbaycan Partiyasının namizədi müdafiə etdiklərini bildirir və dəstək aksiyası keçirirlər.

Bu silsilədən növbəti belə bir aksiya qardaş Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşları tərəfindən keçirilib. Görüşdə “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov çıxış edərək ğlkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan ətraflı bəhs edib. O, həmvətənlərimizi aprelin 11-də cənab İlham Əliyevə səs verməyə səsləyib.

Olimpsport.az-n məlumatına görə, tədbirdə, həmçinin, Avrasiya Gənclərin Beynəlxalq Əməkdaşlıq Təşkilatının sədri, Türkiyə 9 İyul Universitetinin doktorantı Tural Əfəndiyev, İstanbul Böyükşəhər Bələdiyyəsi idman klubunun üzvü, güləş üzrə dünya və Avropa mükafatçısı Məhəmmədhüseyn Həsənov və digərləri çıxış edərək, Azərbaycanın daha da inkişafı və qüdrətlənməsi naminə vətəndaşlarımızı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Həmin kateqoriyadan