- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Başabaş mübarizə apardıq. Ani səhvdən sonra qapımıza qol vuruldu. Biz ilk hissədə daha üstün oynadıq. Qol da vura bilərdik. Əgər qol vursaydıq, hesab fərqli olacaqdı. Hazırda akademiyanın yetirmələrinə şans veririk. Çalışırıq ki, həmin oyunçular gələn il komandanın əsasını təşkil etsinlər”.