İdman akademiyasından onlayn dərslərə ən çox qatılan tələbələrə xoş sürpriz

Pandemiya dövründə tədris prosesinin davamlılığının təmin edilməsi üçün tədrisin distant formada həyata keçirilməsinə zərurət yaranıb. Allsport.az xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası tədris təlim prosesində informasiya texnologiyalarının imkanlarından geniş şəkildə istifadə etdiyi üçün, bu dövrə tamamilə hazır olub. Bu isə öz növbəsində pandemiya dövründə onlayn təhsil prosesinə sürətli keçiddə və tədris prosesinin effektivliyinin təmin edilməsində böyük rol oynayıb.

Akademiya onlayn tədris prosesini Microsoft Teams proqramı vasitəsilə həyata keçirir. Bu proqram ilə tələbələrin statistik məlumatlarını analiz etmək, onların sistemdə olma müddətini görmək, hər bir tələbənin gündəlik nəticələrini nəzarət altında saxlamaq olur. Eyni zamanda, bütün bu proses akademiya rəhbərliyi tərəfindən müşahidə olunurdu.

Pandemiya dövründə onlayn dərslərdə böyük həvəslə iştirak edən, bütün problemlərə baxmayaraq çəkdiyi zəhmət və məsuliyyəti ilə seçilən bütün tələbələrimizə təşəkkürümüzü bildirmək məqsədilə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan və dərslərdə aktiv və səmərəli iştirak edən tələbələrə akademiya rəhbərliyi tərəfindən planşetlər hədiyyə edilib:

· Həsənli Həsən – “Məşqçi” ixtisası, 117A8 qrupu
· İbrahimli Rəşad -“Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 138A2 qrupu
· Mirzağayev Samir – “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimi” ixtisası, 129R1 qrupu
· Axundzadə Zəhra – “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 139A1 qrupu
· Bağırzadə Mənsur – “İdman menecmenti və kommunikasiya” ixtisası, 148A1 qrupu

Həmin kateqoriyadan