- Baxış sayı: 22
- 18 Mart 2025 18:22
- Baxış sayı: 83
- Mart 16, 2025
- 0
Martın 17-də gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 19-cu görüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasında təşkil olunan tədbirdə o iştirakçıları salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.
Tədbirdə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB oyunlarına və İSF U-15 gimnaziadaya hazırlıq məsələləri müzakirə edilib. Sonra Bakı və regional gənclər və idman idarələrinin 2024-cü il üzrə fəaliyyətinin yekun hesabatı dinlənilib.
Tədbirdə həmçinin səyyar “Sağlam həyat” layihəsi, “İdman həftəsi”, federasiyaların strukturu, idmançıların yeni reytinq cədvəlinin tərtib edilməsində təklif edilən yeniliklər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda isə federasiyaların sosial media hesabatı dinlənilib.