- Baxış sayı: 41
- 06 Fevral 2026 11:56
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, “İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov idman fotoqrafları ilə görüşüb.
Söhbətdə idman fotoqraflarını narahat edən məsələlərlə maraqlanan nazir onların təkliflərini dinləyib, bu sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.
İdman yarışlarının daha effektiv işıqlandırılması, idman fotojurnalistikasının inkişafı məqsədilə birgə layihələrin mümkünlüyü qeyd edilib.