- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Bu gün milli olimpiya komitəsində yeni KİV birliyinin təqdimat oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov bu sahə üzrə fəaliyyət göstərən jurnalistikada çatışmamazlığın olduğunu və məqsədin bunun aradan qaldırılaraq inkişaf etdirilməsinin vacibliyini dedi. Milli olimpiya komitəsinin baş katibi Ağacan Abiyev çıxışında bildirdi ki, idmanı jurnalistikasız təsəvvür etmək mükün deyil. Bu gün idman sərhədi aşıb, dünyaya yayılıb. Hər bir uğuru işıqlandırmağa ehtiyac var. Yeni idman federasiyası yaranır, fəaliyyəti əhatəli olacaq, uğurların artmasına kömək edəcək.
Azərbaycan idman jurnalistləri federasiyasının rəhbəri Qabil Mehdiyev görüş və təklifləri nəzərdən keçirərək, bu təşkilatı yaratdıqlarını söylədi: “Niyə federasiya? Assosiasiya alınmır, çünki varımızdır. 25 ölkədə idman jurnalist birliyi məhz belə adlanır, o cümlədən, qonşu Rusiyada. Məqsəd təşkilatlanmadır. Vəziyyət yaxşı deyil. Sosial yönlü layihələr olacaq”.
Qabil Mehdiyev əlavə etdi ki, ehtiyac olarsa, bəzi şirkətlərlə himayədarlıq müqaviləsi imzalanacaq. Artıq federasiyasının saytı – sportsmediz.az fəaliyyət göstərir. Burada ən aktual yazılar dərc olunacaq. Sayt, həmçinin ensiklopediya funksiyası da daşıyır. Qarşıda İdman jurnalistikasının banisi Mirpaşa Miriyev 100-illiyi gəlir. Onun bə digər əvəzolunmaz ustad həmkar Aqşin Kazımzadənin xatirəsinə mükafatlarının təsis olunub. Medalları il ərzində fərqlənən jurnalistlərə təqdim ediləcək.
Gənclər və idman nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov və digərləri də çıxışlarında təşkilata uğurlar arzuladılar. Sonra AİJF-nin idarə heyətinin üzvləri təqdim olundu, jurnalistlərin sualları cavablandırıldı.