İdman jurnalistlərinin ümumi geniş toplantısı keçirildi

Bu gün “Bulvar” mehmanxanasında idman jurnalistlərinin respublika toplantısı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə AİJF-in idarə heyətinin üzvləri ilə yanaşı, KİV nümayəndələri, ayrı-ayrı idman qurumlarının mətbuat katibləri və veteran yazarlar qatıldılar. Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimi federasiyanın sədri Qabil Mehdiyev açdı.

O, idman mediasının ümumi maliyyələşmədən kənarda qalmasına diqqət çəkərək, bu düşüncənin dəyişməsinə çalışacaqlarını açıqladı. Sədr idman jurnalistikasının stimullaşdırılması üçün müxtəlif seminarlar və yazı müsabiqələri keçirəcəklərini söylədi. Veteran jurnalistlər adından çıxış edən Oqtay Bayramov bu günü idman yazarları üçün xüsusi gün adlandırdı.

Toplantıda mövcud problemlər və çıxış yolları müzakirə edildi. Bir sıra maraqlı fikirlər səsləndirildi və həmin təkliflərin reallaşması üçün müxtəlif qurumlarla, idman təşkilatları ilə əməkdaşlıq olacağı bildirildi. İ

Həmin kateqoriyadan