- Baxış sayı: 39
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

İyunun 13-də gənclər və idman nazirliyinin təşkilatçılığı ilə Ümumdünya qan donoru gününə “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilib.
Allsport.az saytı xəbər verir ki, Milli idman tibbi və reabilitasiya elmi praktiki İnstitutunda təşkil olunan aksiyada GİN-in kollektivi, idman qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər, İdman akademiyasının əməkdaşları iştirak ediblər.
Aksiya, eyni zamanda mərkəzi qan bankının region bölmələrində (Quba, Mingəçevir, Gəncə, Bərdə, Şirvan, Şəki, Lənkəran, Sumqayıt) də keçirilib.
Toplanan qan talassemiyadan əziyyət çəkənlər üçün nəzərdə tutulub.