FOTO
İdman və dəbin vəhdəti: “İl’Azero” gənc voleybolçunu daha rəngarəng edir

Ölkəmizin gənc və istedadlı voleybolçularından olan Nərmin Fərəcova, milli idman geyim brendi “İl’Azero”nun dəvətinə əsasən foto-obyektiv önünə keçib. Allsport.az saytının məlumatına görə, yığmanın 22 yaşlı üzvü yeni layihədə aparıcı simalardan olub.

Məşhur və titullu idmançılarla bir araya gələn libero, sonradan tək duruş verib. Möhtəşəm Azərbaycan xalçalarına həsr olunmuş, idman və dəbin vəhdətini etnik gözəlliklərlə tərənnüm edən geyim dəsti cazibədar voleybolçunu daha füsunkarlaşdırıb. Fitnes məşqçisi kimi də fəaliyyət göstərən Nərmin, daim formada qalmağı sevir.

İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. Onun ən uğurlu layihələrindən biri, 2-ci Vətən müharibəsinə dəstək üçün özəl buraxılan və üzərində Qarabağ adı və adı çəkilən bölgəyə məxsus kəhər atlarının təsvirlərin yer aldığı geyimlər olub.

Həmin kateqoriyadan