- Baxış sayı: 32
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Azərbaycanda idman siyasətinin inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışların təhlükəsizliyinin təminatı dünya aparıcı idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Allsport.az saytı xəbər verir ki, bu da öz növbəsində, ölkə başçısı İlham Əliyevin ölkəmizdə idmanın inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsidir. Yeni çağırışları, beynəlxalq təcrübədən irəli gələn məsələləri, ölkəmizdə idmanın təhlükəsizliyinin təminatını nəzərə alaraq bu gün gənclər və idman nazirliyi, hüquq və mühafizə orqanlarının dəstəyi ilə Bakı şəhər gənclər və idman idarəsində “İdmanda terror” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə baş idarənin rəisi Raqif Abbasov çıxış edərək qonaqlarını salamlamış və tədbirin mahiyyəti haqqında danışaraq, belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıb. Sonra hüquq və mühafizə orqanlarının eksperti hazırlanmış slaydlar vasitəsilə dəyirmi masa iştirakçılarına geniş məlumat verilib. Toplantıda Bakı şəhərinin rayon gənclər və idman idarələri, federasiya rəsmiləri, klub və cəmiyyətlərin məşqçi, hakim və idmançıları iştirak etmişdir. Sonda dəyirmi masa iştirakçılarını maraqlandıran suallar eksperti tərəfindən cavablandırılıb.