“İdman” 85 illiyində 7000-ci sayını dərc edib

Aprelin 17-də “İdman” qəzetinin 7 mininci sayı işıq üzü görüb. Allsport.az saytı xəbər verir ki, bu il 85 illik yubileyini qeyd etməyə hazırlaşan qəzetin xüsusi, 7 mininci sayında redaksiyaya daxil olmuş təbrik məktublarına geniş yer verilib. Yubiley sayının qəzetin 85 illiyi ilə eyni ərəfəyə təsadüf etməsi “İdman”ın bu nəşrini daha da əlamətdar edib. Nəşrin bugünkü yubiley sayında qəzetin ötən 85 illik fəaliyyətinə işıq salınıb və müxtəlif illərdə redaksiyada çalışmış jurnalistlərin xatirələri dərc edilib.

Xüsusi buraxılışda gənclər və idman naziri Azad Rəhimovun, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadənin, Xəzər İsayevin, Milli Məclisin deputatları – MOK-un baş katibi Ağacan Abıyevin və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, eləcə də Dünya İdman Mətbuatı Assosiasiyasının prezidenti Gianni Merlonun təbrik məktubları dərc olunub. “İdman”ın bu sayında olimpiya zirvəsinə yüksəlmiş bütün idmançılarımız qəzetlə bağlı arzularını bölüşüblər. Nəşrdə bir sıra tanınmış jurnalistlərin təbriklərinə də yer ayrılıb.

Qəzetin geniş fotoarxivindən istifadə olunmaqla nəfis tərtibatla hazırlanmış 7 mininci sayı “İdman”ın 85 illik yubileyi ərəfəsində oxuculara gözəl töhfədir.

Həmin kateqoriyadan