- Baxış sayı: 38
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Azərbaycan idman akademiyasında 13 dekabrda “İdman sahəsində innovativ yanaşmalar və elmi-tədqiqatlar” mövzusunda II respublika elmi-praktiki konfrans keçirilmişdir.
Allsport.az xəbər verir ki, konfrans 3 elmi istiqamətdən “İdman elmləri”, “Sosial elmlər” və “Tibb və biologiya elmlərindən” ibarət olmuşdur.
Açılışda akademiyanın tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov çıxış etdi və qonaqları salamladı. Rektorunun əlavə təhsil üzrə müşaviri Firat Hüseynov konfransda idmanda qarşıya çıxan müxtəlif problemləri müzakirə ediləcəyini, idmanın inkişaf tendensiyalarını və innovativ yanaşmaların müəyyənləşdiriləcəyini qeyd etdi.