- Baxış sayı: 379
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 2 boksçusu qələbə qazanıb.
60 kq çəkidə mübarizə aparan Ruslan Qədirov ikinci görüşünü də aktivinə yazıb. Milli üzvü Stefan Samoviçi (Serbiya) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 28*:28) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Onun bu mərhələdə rəqibi bolqarıstanlı Radoslav Rosenov olacaq.
Fərhad Şeydayev (75 kq) də 1/8 final qarşılaşmasından üstün ayrılıb. Boksçumuz Çadi Baraiaya (Fransa) 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Şeydayev 1/4 final görüşündə Alan Perrie (Şotlandiya) ilə gücünü yoxlayacaq.
Hər iki boksçumuz növbəti döyüşünü oktyabrın 16-da keçirəcək.
Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.