- Baxış sayı: 30
- 15 Aprel 2025 17:55
- Baxış sayı: 81
- Aprel 14, 2025
- 0
İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 2 üzvü mərhələ adlayıb.
Sənan Hətəmov (67 kq) 1/32 finalda Neri Kanavirini (Boliviya) məyus edib. O, növbəti döyüşdə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.
Mehparə Məmmədova (48 kq) 1/16 finalda Lyuba Atanasovadan (Bolqarıstan) üstün olub. İdmançımız 2-ci cəhdində monqolustanlı Saruul Batsayxanla döyüşəcək.
Onlardan fərqli, Tural Sarıyev (48 kq) və Rza Rzazadə (75 kq) mübarizəni dayandırıblar.