- Baxış sayı: 33
- 25 Aprel 2025 19:32
- Baxış sayı: 66
- Aprel 25, 2025
- 0
15-ci Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın millisi Braziliyaya yüksək mükafat arzusu və həvəsi ilə yollanıb. Allsport.az saytı xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli yolasalmada, jurnalistlərə cüdo üzrə 2-qat paralimpiya çempionu İlham Zəkiyev deyib. Onun sözünə görə, məqsədi növbəti uğur qazanmaqdır:
“Olimpiyaçılarımızın yaratdığı zəfər ab-havasının Rioda paralimpiyaçılar tərəfindən davam etdirilməsinə səy göstərəcəyik. Bütün gücümüzü səfərbər edəcək və çalışacağıq ki, öz nailiyyətlərimizlə xalqımızı sevindirək. Xırda zədə problemlərini nəzərə almasaq, komandamızın ümumi hazırlıq prosesi çox yüksək səviyyədədir. Olimpiyaçılarımız 18 medal qazanıblar və biz də onların uğurunu təkrarlamağa səy göstərəcəyik”.