İlin ilk yarışında 7 medal

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub.

Allsport.az xəbər verir ki, Azərbaycan yığması ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər arasında qalib adına yiyələnib. Onlar finalda müvafiq olaraq, Ema Andela Zaja (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya) məğlub ediblər.

Böyüklərin yarışında Aynur Rzayeva (81 kq) həlledici görüşdə xorvatiyalı Lusiya Bilobrka uduzaraq, ikinci yeri tutub.

Digər boksçularımızdan Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) bürünc medala sahib olublar.

Yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.

Həmin kateqoriyadan