- Baxış sayı: 30
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
İdman Araşdırmalar Mərkəzi “İlin qalibləri-2018” layihəsinin icrasına başlayıb. Allsport.az saytı xəbər verir ki, əvvəlki layihələrlə müqayisədə bu dəfə nominasiyaların adlarında və tərkibində bəzi dəyişikliklər edilib. “İlin komandası” və “İlin idman jurnalisti” nominasiyaları siyahıdan çıxarılıb. “İlin baş məşqçisi” nominasiyası üzrə seçimlərin isə bütün növlər üzrə aparılması qərara alınıb.
Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında “İlin idman xadimi”, “İlin idmançısı”, “İlin əcnəbi idmançısı”, “İlin futbolçusu”, “İlin məşqçisi”, “İlin idman yarışı” nominasiyaları üzrə sorğu keçiriləcək. Jurnalistlər təklif olunan namizədlərdən əlavə, özlərinin layiq bildikləri şəxsi də seçə bilərlər.
Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın 18-də Bakı olimpiya stadionunda mükafatlandırılacaq. Ardıcıl 6 il həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, informasiya dəstəyi “Report” agentliyi, baş himayədarı “Topaz”, sponsoru isə “IL’Azero” şirkətidir.