İlk gündə 60 döyüş

Yeniyetmə boksçular arasında ölkə birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində yarışın ilk günündə 60 döyüş baş tutub.

48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq və 80 kq çəkilərdə ilk görüşlər keçirilib. Birinciliyin 2-ci günündə 7 çəki dərəcəsində 56 görüş olacaq. Döyüşlər saat 13:00-da başlayacaq.

Yarışa martın 14-də yekun vurulacaq. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Onlar 14 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

Həmin kateqoriyadan