İlqar Rəhimov paralimpiya millisi ilə görtüşüb

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov üzgüçülük üzrə millinin üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Alaverdi Culfayev və şəxsi məşqçilər hər bir idmançının fiziki, texniki və psixoloji durumu haqqında, eyni zamanda yığmanın Tokio-2020 paralimpia oyunlarına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.

Komitənin prezidenti İlqar Rəhimov komandaya yeni idmançıların, əsasən də uşaq paralimpiya komitəsindən idmançıların seçilərək Milli Komandaya cəlb olunmalarını yüksək qiymətləndirərək oyunlarına hazırlıqla əlaqədar Komitənin mütəxəssislərinə və məşqçilərinə müvafiq tapşırıqlar verib.

Görüşdə gənc idmançıların valideynləri də iştirak ediblər. Onlar uşaqlarının idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmaları və böyük idmana qoşulmaları ilə qürur duyduqlarını bildiriblər. İlqar Rəhimov valideyinlərə komitə ilə sıx əlaqə qurmalarının vacib olduğu bildirərək, mütəxəssislərinin onlara müvafiq köməkliklərin göstərəcəyini qeyd edib.

Həmin kateqoriyadan