- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakının “İnter” klubu Azərbaycan çempionatlarında 100-cü dəfə heç-heçə edib. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Topaz Premyer Liqasının “Simurq”la səfər qarşılaşmasında (1:1) 1 xal qazanıb.
Bu da ölkə çempionatlarında 407-ci matçına çıxan bakılıların yubiley heç-heçəsi olub. 54 dəfə öz meydanında, 46 dəfə səfərdə 1 xal qazanan “İnter” çempionatda 100 və daha çox heç-heçə edən 5-ci komandadır. “Qarabağ” (153), “Neftçi” (142), “Bakı” (119) və “Turan” (112) daha çox “sülh”lə kifayətlənib.
“Simurq”la qarşılaşma Baçana Sxadadze üçün də əlamətdar olub. Gürcüstanlı hücumçu paytaxt klubunun heyətində 100-cü çempionat qarşılaşmasına çıxıb. Cari mövsümdə 11 matça 2 qol vuran legioner “100”ə 5-ci mövsümündə çatıb: 2010/11 – 2, 2011/12 – 29 (7), 2012/13 – 29 (8), 2013/14 – 29 (10), 2014/15 – 11 (2).
“İnter”də 29 qol vuran Sxadadze klub tarixində 100 və daha çox çempionat matçı keçirən 10-cu futbolçu olub: Vladimir Levin – 205, Elmar Baxşıyev – 160, Branislav Çervenka – 129, Arif Daşdəmirov – 124, Asif Məmmədov – 121, Elşən Məmmədov – 112, Georgi Lomaya – 110, Zaur Həşimov – 107, Petar Zlatinov – 105, Baçana Sxadadze – 100.