- Baxış sayı: 46
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Buz rəqsi üzrə olimpiya çempionu Tatyana Navka bildirib ki, hazırda Kamilə Vəliyevanın onun şousunda iştirakı ilə bağlı heç bir qərar verilməyib.
Allsport.az xəbər verir ki, bu barədə o, “Match TV”yə açıqlama verib:
“Hələ Kamilənin şouda iştirakı ilə bağlı heç bir qərar yoxdur. Qərar mütləq olacaq, lakin hələ ki, heç bir konkretlik yoxdur. Hamımız səbirsizliklə gözləyirik”.
Yanvarda idman arbitraj məhkəməsi (CAS) Vəliyevanı antidopinq qaydalarını pozmaqda təqsirli bilib və onu 4 il müddətinə diskvalifikasiya edib, həmçinin 25 dekabr 2021-ci il tarixindən etibarən bütün medallarından məhrum edib.