- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə 2 təmsilçimiz mübarizəyə qoşulub.
Kamran Şahsuvarlı (75 kq) 1/8 finalda Maks Van der Pasla (Niderland) üz-üzə gəlib. Gərgin keçən görüş olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb – 3:2 (28:29, 29:28, 30:37, 30:27, 29:28). O, 1/4 finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qüvvəsini sınayacaq. Görüş avqustun 29-da baş tutacaq.
Kamran Şahsuvarlıdan fərqli, Lorenzo Sotomayorun (64 kq) debütü uğurlu alınmayıb. O, 1/8 finalda çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.