- Baxış sayı: 34
- 22 Aprel 2025 17:44
- Baxış sayı: 108
- Aprel 23, 2025
- 0
Ukraynanın Xarkov şəhərində kişi boksçuların Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, finalda rinqə cəmi bir təmsilçimiz çıxıb. Həlledici görüşdə Kamran Şahsuvarlı (75 kq) yerli Aleksandr Xijnyakla üz-üzə gəlib.
Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə, 25 yaşlı olimpiya mükafatçımız gümüş medalla kifayətlənib. Xatırladaq ki, Avropa çempionatında millimizin 5 üzvü 1/4 finala kimi irəlilədiyindən dünya çempionatına vəsiqə qazanıb.
Bu boksçumuzlaə yanaşı, Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək planetin ən güclülərinin yarışına qatılmaq hüququna yiyələniblər.