- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri davam edir. Allsport.az xəbər verir ki, yarışa Azərbaycan yığmasının daha 2 idmançısı qələbə ilə start verib.
75 kq-da çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə üz-üzə gəlib. Görüş Mirşərifin 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda Cəvahir Ümmətəliyevlə (Özbəkistan) üz-üzə gələcək.
Sərxan Əliyev (71 kq) 1/8 finalda Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Təmsilçimiz 2-ci görüşündə Fərrux Toxtassunovu (Qazaxıstan) sınağa çəkəcək.
Turnirə martın 2-də yekun vurulacaq.