Kendo ustası idman akademiyasında təlim keçib

Fevralın 20-də Yaponiyanın Azərbaycandaki səfiri Vatanabe Katsuya, kendo ustası Masanori Yasue və digər qonaqlarla Azərbaycan idman akademiyasında görüş keçirilib.

Allsport.az xəbər verir ki, əvvəlcə qonaqlar “Medialab” və idman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olub, ardınca iclas baş tutub.

İclasda yapon təhsil sistemi, texnologiya sahələri, yapon şirkətləri ilə layihələr və əməkdaşlıqlar müzakirə edilib. Səfir Vatanabe Katsuya akademiyanın gündən-günə inkişaf etdiyini qeyd edərək təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra 8-ci dan kendo ustasının təlimi başlayıb. Masanori Yasue akademiyanın tələbələrinə kendo idman növü haqqında ətraflı məlumat verib. Təlim zamanı kendo döyüş nümunələri əyani formada nümayiş olunub.

Sonda akademiya rəhbərliyi, səfir, kendo ustası və tələbələrlə xatirə şəkli çəkilib.

Həmin kateqoriyadan