- Baxış sayı: 50
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

Futnet federasiyası ilin təqvim-idman planına müvafiq olaraq KİV arasında futtennis üzrə yarış keçiriləcək. Allsport.az saytının məlumata görə, bu idman növünün Azərbaycanda populyarlaşdırılması məqsədi ilə ilk dəfə belə tədbir təşkil edilir.
Turnir fevralın 10-da “Marafon” idman klubunda olacaq. Hər komandanın heyətində, ən azı, 3 nəfər olmalıdır. Qalibə kubok, medallar, federasiyanın diplom və mükafatları təqdim olunacaq.
Yarışda iştirak etmək istəyən hər komanda 30 yanvar tarixinədək əlaqə saxlaya bilər: +994 70 773 09 09; +994 77 399 29 99.