Könüllülərlə “İdmanın dünəni və bu günü”

Fevralın 9-da “İdmanın dünəni və bu günü” adlı onlayn görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, Babalar və nənələr gününə həsr edilmiş tədbirdə cüdo bölməsinin müəllimi Bəxtiyar Məmmədov və yunan-Roma güləşi üzrə məşqçi Tariyel Məmmədov könüllülərlə görüşüblər.

“Azərbaycan idman könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə qonaqları təbrik edərək idmanın inkişafında ustad idmançıların rolundan bəhs edib.

Veteranlar tədbir iştirakçılarına idmana gəlişlərindən, məşqçi kimi qazandıqları uğurlardan, təcrübələrindən danışıblar. Onlar məşqçi kimi gördükləri işin çətinliklərindən və öhdəliklərindən danışaraq, Azərbaycan bayrağını idman arenalarında da ucaltmaq üçün daim səy göstərəcəklərini bildiriblər.

Sonra veteran idmançılar gənclərin suallarını cavablandırıb və tövsiyələrini veriblər.

Həmin kateqoriyadan