- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 59
- Dekabr 05, 2025
- 0

Madriddə keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
Allsport.az xəbər verir ki, bugün atletlərimizdən Lətif Əliyev U-15 kateqoriyasında mübarizəyə qoşulub.
71 kq çəki dərəcəsində yarışan təmsilçi birdən qaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub. Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.