“Lester”in 6 xalı silinib

“Lester” premyer liqanın maliyyə qaydalarını (PSR) pozduğu üçün çempionşipdə 6 xal itirib.

Allsport.az xəbər verir ki, buna səbəb klubun 2023/2024-cü illər mövsümü üzrə illik maliyyə hesabatını vaxtında təqdim etməməsi və liqa rəhbərliyi ilə əməkdaşlıqdan yayınmasıdır.

Məlumata görə, “tülkülər”in 2024-cü ilin iyununa qədər olan üçillik dövrdəki ümumi zərəri 200 milyon funt-sterlinqi keçib. Bu isə müəyyən edilmiş 81 milyon funt-sterlinqlik limiti 119 milyon funt-sterlinq üstələyir.

Xal sanksiyasından sonra 32 xalı qalan “Lester” turnir cədvəlində 20-ci pilləyə enib. Komanda hazırda yalnız top fərqinə görə aşağı liqaya düşmə zonasından kənarda qalıb.

Həmin kateqoriyadan