- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kişi boksçulardan ibarət millimiz Avropa olimpiya təsnifat turnirinə hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız toplanışın növbəti hissəsini Özbəkistanda keçəcək.
Komandamız Daşkənd vilayətinin Yanqiabad şəhərində bir neçə ölkənin millisi ilə təşkil olunacaq məşqlərə 6 boksçu ilə yollanacaq. Məşqçilər korpusu Özbəkistana Avropa olimpiya təsnifat turnirində Tokio-2020-yə lisenziya şansını qoruyan Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevi (+91 kq), olimpiadada iştirakını təmin edən Tayfur Əliyevi (57 kq), həmçinin Kamran Şahsuvarlını (75 kq) aparmağa qərar verib.
Yanqiabada mayın 7-də gedəcək komandamız ayın 23-dək orada təlim-məşq toplanışında olacaq. Ardınca Kamran Şahsuvarlı vətənə qayıdacaq, yığmamız isə son hazırlıq üçün Avropa olimpiya təsnifat turnirinə ev sahibliyi edəcək Fransaya yollanacaq. Boksçularımız iyunun 1-də isə Byuja kommunasında məşqlərini yekunlaşdıracaqlar.
Yarış iyunun 4-8-də Parisdə keçiriləcək.
Avropa olimpiya təsnifat turniri ötən il martın 14-də başlayıb. Lakin Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Millimizin heyətində Tayfur Əliyev 1/4 finala yüksəlməklə olimpiadada iştirak hüququ qazanıbsa, Cavid Çələbiyevlə Lorenso Sotomayor turnirdə çıxışını 1/8 finaldan davam etdirəcək. Onlardan fərqli, Alfonso Dominqeslə Məhəmməd Abdullayev, həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxmadan Londondan ayrılmışdılar.