- Baxış sayı: 40
- 06 Fevral 2026 11:56
- Baxış sayı: 109
- Fevral 06, 2026
- 0

Mayın 18-də Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında Litva idman universitetinin rektoru professor Diana Reklaytiyene ilə görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, söhbət zamanı qonağa AzDBTİA-nın fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, sonra elmi-tədris laboratoriyası və multimedia mərkəzinə baxış keçirilib.
Ona hər 2 mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verilib, tələbə mübadiləsi, ikili diplom proqramları, elmi-tədris fəaliyyətinin birgə və səmərəli təşkili məsələləri müzakirə olunub.
Görüşün sonunda əməkdaşlıq müqaviləsi imzalanıb.